- Baxış sayı: 26
- 08 Aprel 2025 22:14
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Milli paralimpiya komitəsinin təşkilatçılığı ilə Bakı olimpiya idman kompleksində paralimpiya və olimpiyaçı idmançıların iştirakı ilə kamandan oxatma idman növü üzrə açıq “Birlik Kuboku” keçirilib. Allsport.az xəbər verir ki, yarışda milli paralimpiya komitəsinin
prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, idman şöbəsinin müdiri və eyni zamanda “Tokio 2020” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək milli komandanın şef-de-missionu Rauf Mürsəlov, kamandan oxatma federasiyasının nümayəndələri iştirak ediblər.
Gənclər və idman nazirliyinin tövsiyəsi ilə yarış açıq hava şəraitində keçirilib. Birlik kubokunda 20 idmançı iştirak edib. “Birlik Kuboku” COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimindən sonra paralimpiyaçıların iştirakı ilə keçirilən ilk yarışdır.
Yarışın nəticələrini təqdim edirik:
Kişilər arasında 70 metrəyə atış (Recurve 70 m)
1-ci yer: Əhməd Hüseynov – olimpiyaçı
2-ci yer: Cahan Musayev – paralimpiyaçı
3-cü yer: Məmmədəli Əliyev – olimpiyaçı
Qadınlar arasında 70 metrəyə atış (Recurve 70 m)
1-ci yer: Svetlana Simonova – olimpiyaçı
2-ci yer: Yaylagül Ramazanova – olimpiyaçı
3-cü yer: Ozay Qasımova – olimpiyaçı
Kişilər arasında 50 metrəyə atış (Compound 50 m)
1-ci yer Vüsal Kazımov – paralimpiyaçı
2-ci yer Rüfət Orucov – olimpiyaçı.