- Baxış sayı: 63
- 19 Mart 2026 20:31
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycan təmsilçiləri Tokio-2020 yay paralimpiya oyunlarında daha iki qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub.
O, həmçinin paralimpiada rekordunu da qırıb.
Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal qazanıb. O, 7,36 metr nəticə göstərib.
Aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.