- Baxış sayı: 41
- 15 Dekabr 2025 15:45
- Baxış sayı: 95
- Dekabr 15, 2025
- 0
20 apreldə Moldova paytaxtı Kişinyovda təşkil edilən parataekvondo üzrə 4-cü Avropa çempionatında milli komandamız 7 medal qazanıb. Allsport.az saytı xəbər verir ki, 15 ölkədən 89 idmançının qatıldığı qitə yarışmasında bizdən Nicat Müslümov (75 kq), Rövşən Qəhrəmanlı (61 kq), Aleksandr Polişuk (+75 kq) fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.
Namiq Abbasov (61 kq) və Röyalə Fətəliyeva (49 kq) final döyüşündə rəqibinə məğlub olaraq, rəqabəti 2-ci pillədə başa vurublar. Digər təmsilçilərimizdən Anar Hüseynov (61 kq) və Vüqar Adışirinov (+75 kq) bürünc medala yiyələniblər.
Millimiz komandamız hesabında 3-cü yerə çıxıb. Parataekvondoçularımız vətə 22 apreldə dönəcək.