- Baxış sayı: 58
- 23 Oktyabr 2024 12:35
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Paris yay paralimpiya oyunlarında taekvondoçumuz İmaməddin Xəlilovun (70 kq) baş mükafata sahib çıxıb. Allsport.az saytı xəbər verir ki, uğurunu belə anladıb:
“Özümlə qürur duyuram, çox sevincliyəm. Azərbaycanın paralimpiya çempionu olan ilk parataekvondoçusu oldum. Parisə dünya reytinqinin lideri kimi gəlmişdim. Demək olar ki, son yarışlarımın hamısını qalib kimi başa vurmuşdum. Son dünya və ikiqat Avropa çempionu idim. Paralimpiya çempionluğu da qismət oldu.
Xalqımıza təşəkkür etmək istəyirəm. Döyüşlər arası fasilədə yazılan şərhləri oxuyurdum. Bu şərhlər mənə motivasiya verirdi, sizin inamınızı hiss edirdim.
Yarımfinalda özbəkistanlı idmançıya qarşı ağır oldu. Sonuncu dəfə onu dünya çempionatının finalında məğlub etmişdim. Burada yenidən qələbə qazanmağı bacardım. Finalda qardaş Türkiyə idmançısı ilə qarşılaşdım. Qardaşlıq qalib gəldi.
Bu yolda mənə əməyi keçən gənclər və idman nazirliyinə, Azərbaycan taekvondo federasiyasına, milli paralimpiya komitəsinə və üzvü olduğum “Neftçi” idman klubuna təşəkkür etmək istəyirəm.
Ən böyük təşəkkür, cənab prezidentimiz İlham Əliyevə və birinci vitse-prezidentimiz Mehriban Əliyevaya düşür. İdmanımıza göstərdiyiniz qayğı nəticəsində bu gün Parisdə himnimizi səsləndirib bayrağımızı dalğalandırdıq”.