- Baxış sayı: 34
- 24 Dekabr 2024 19:31
- Baxış sayı: 165
- Dekabr 18, 2024
- 0
Yay olimpiya oyunlarının boks proqramında dəyişiklik təsdiqlənib. Allsport.az saytı xəbər verir ki, BOK-un yeni qərara əsasən, Paris-2024-də çəki dərəcələri müəyyənləşib.
Növbəti olimpiadada kişi boksçular 8 deyil, 7 – 51 kq, 57 kq, 63,5 kq, 71 kq, 80 kq, 92 kq, +92 kq çəki dərəcələrində qüvvəsini sınayacaqlar. Əvəzində qadınlarda 1 çəki artırılaraq, 6-ya çatdırılıb. Onlar Paris-2024-də 50 kq, 54 kq, 57 kq, 60 kq, 66 kq, 75 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Nəticədə kişilər kimi, qadın idmançılar da Oyunlarda 124 boksçu ilə təmsil olunacaqlar. Bununla da boksun tarixində ilk dəfə gender bərabərliyi təmin olunub.
Fransa paytaxtında medal dəstlərinin ümumi sayında isə dəyişiklik edilməyib. Ümumilikdə 13 dəst mükafat sahibini tapacaq. Paris olimpiadası 2024-cü il iyulun 26-da start götürüb, avqustun 11-də başa çatacaq.