Paytaxtda İBA çempionlar gecəsi

Sentyabrın 28-də Milli gimnastika arenasında İBA çempionlar gecəsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycan boks federasiyasının 100 illiyinə yarışda dünyanın ən güclülərinin iştirakı ilə 8 döyüş baş tutacaq.

Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kq-da Avropa çempionumuz Nicat Hüseynov filippinli Con Zulueta ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyev (71 kq) ilə Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.

Gecədə 3-qat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+92 kq) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amancanov olacaq.

Görüşlərə saat 18:00-da start veriləcək.

Həmin kateqoriyadan