Peşəkar boks federasiyası ölkədə ilk dəfə WBC ilə təlimlər təşkil etdi

Azərbaycan peşəkar boks federasiyası ölkədə ilk dəfə WBC ilə təlimlər təşkil edib. Allsport.az xəbər verir ki, proqram çərçivəsində ilk təlim fevralın 10-11-də “Bulvar” oteldə peşəkar boks referi və hakimləri üçün keçirilib.

Təlimi 2000-dən çox peşəkar döyüşlərdə, 300 titul görüşlərində hakimlik etmiş təcrübəli italyan hakim Cuidi Kavalleri keçirib. Təlimin sonunda hakimlər imtahan verib və WBC-nin xüsusi sertifikatları ilə təltif olunublar.

İkinci təlimi isə fevralın 12-də katmanlar üçün ispaniyalı Rodriqes “Tinin” Dominqes Aqustin keçib. Təlimlər ümumən 40 nəfər iştirakçını əhatə edib.

Həmin kateqoriyadan