Pirallahıda triatlon üzrə ölkə çempionatı

Nərəkənd parkında müxtəlif yaş qruplarından olan 100-dən çox idmançının iştirak etdiyi bu yarış həm böyüklər, həm də yeniyetmə triatlonçular üçün əsl idman bayramına çevrilib. Allsport.az saytı xəbər verir ki, iştirakçılar Xəzər dənizinin sularında üzərək, Pirallahının heyrətamiz təbiətin qoynunda bacarıqlarını nümayiş etdiriblər.

Yarışda uşaqlar super sprint məsafəsində güclərini sınayıblar – 375 metr üzgüçülük, 8 km velosiped və 2 km qaçış. Böyüklər isə sprint məsafəsində mübarizə apardılar – 750 metr üzgüçülük, 20 km velosiped və 5 km qaçış.

Bu cür yarışların keçirilməsi ölkəmizdə triatlon idman növünün inkişafına, sağlam həyat tərzinin təbliğinə və yeni idmançıların yetişdirilməsinə böyük töhfə verir. Yarış yüksək səviyyədə təşkil olunmuş, təhlükəsizlik və qonaqların rahatlığı tam şəkildə təmin edilmişdi. Gün ərzində gərgin idman mübarizəsi yaşandı və qaliblər aşağıdakı kimi müəyyən olundu:

Kişilər:
1-ci yer – Rzazadə Əli
2-ci yer – Musayev Tamerlan
3-cü yer – Atakişiyev Tural

Qadınlar:
1-ci yer –Abduləzizova Leyla
2-ci yer – Klara Maresçova

Həmin kateqoriyadan