- Baxış sayı: 33
- 16 Dekabr 2025 23:00
- Baxış sayı: 33
- Dekabr 16, 2025
- 0

“Bu tədbir böyük əhəmiyyət kəsb edir. O baxımdan ki, Bakı “Dünya idman paytaxtı” seçilib. Prosesə 3 il öncə başlanılmışdı”. Allsport.az saytının məlumatına görə, bu sözü Milli Məclisin deputatı Müşviq Cəfərov sözü gedən tədbirlə bağlı təşkil olunan rəsmi təqdimetmədə dedi. O bildirdi ki, 2026-cı ili Azərbaycan idmanı üçün uğurlu olacaq:
“Avropa idman paytaxtları və şəhərləri federasiyasının nümayəndə heyəti Bakıdakı idman qurğularını yüksək qiymətləndirdi. Məhz bundan sonra gərgin rəqabətdə Bakı qalib gəldi. Düşünürəm ki, beynəlxalq tədbirlərin təşkili insanlar arasında idmana marağı artıracaq. Gələn il paytaxtda bir neçə dünya çempionatı da keçiriləcək”.