“Azərbaycan yığmasında Kipriç və Spasiçlə birgə çalışacağam”

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin olunması gözlənilən Robert Prosineçkinin Xorvatiya mətbuatına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Azərbaycan yığmasına keçəcəyiniz gözlənilir. Hazırda danışıqlar nə yerdədir?
– AFFA ilə danışmışıq. Demək olar ki, bütün məsələləri dəqiqləşdirmişik.

– Azərbaycanla, yığma komanda ilə bağlı ilkin təəssüratlarınız necədir?
– Geridə qalan müddət ərzində Bakını gəzmək, şəhərlə tanış olmaq üçün vaxtım oldu. Çox gözəl şəhərdir. Azərbaycan yığmasına gəlincə, mən də Berti Foqtsun çalışdığı materialla işləyəcəyəm. Əminəm ki, Osiyekdə qeydə alınan Xorvatiyaya məğlubiyyət bu komandanın əsl gücünü göstərmir. Çünki burada yaxşı məqamların da şahidi olmuşam. Səbrlə çalışmaq lazımdır.

– Maliyyə məsələləri sizi qane edir?
– Tamamilə.

– Bəs Azərbaycan yığmasında kimlərlə çalışacaqsınız?
– Böyük ehtimalla köməkçik Qordan Kipriç və Draqan Spasiç olacaq. Onlar əvvəllər də mənimlə çalışıblar. Tibbi heyətə gəlincə, bu barədə hələ düşünmürəm.

– Artıq sizin Bosniya və Herseqovina yığmasını çalışdırmayacağınızı dəqiq söyləmək olar?
– Əlbəttə. Mən öz yolumu seçmişəm və qəbul etdiyim qərardan da razıyam.

– “Srvena Zvezda” və “Kayserispor”dakı iş millidəkindən fərqlənir?
– Mənim yığma komandada Slaven Biliçlə birgə 4 illik iş təcrübəm var. Buna görə narahat olmayın. Hər şeyə addım-addım nail olmağa çalışacağam. İlk oyunumuz martın 28-də Maltaya qarşı olacaq.

– Xorvatiyada isə sentyabrın 3-də Bakıya səfər daha səbrsizliklə gözlənilir…
– Həmin oyuna hələ çox vaxt var. Bu müddət ərzində Azərbaycan yığmasının çox dəyişəcəyini gözləyirəm.

– Ailənizlə bağlı hansı qərara gəlmisiniz?
– Onlar tezliklə yanıma gələcəklər. Həyat yoldaşım və iki qızım Bakıda mənimlə yaşayacaq. Ümumiyyətlə, ayı yaşamağımızın mənasız olduğunu düşünürəm.

Həmin kateqoriyadan