- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanunun istefa verdiyini xəbər vermişdik. Allsport.az xəbər verir ki, rumıniyalı mütəxəssisin istefası artıq qəbul olunub.
O, bu gün günorta saatlarında klub rəhbərliyi ilə görüş keçirib. Görüşdə rəhbərlik onun getməsini məqbul sayıb və tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Xatırladaq ki, Muntyanu bu yay rusiyalı Yuri Syominin istefasından sonra “Qəbələ”nin “sükanı arxasına” gətirilmişdi. Amma onun rəhbərliyi altında komanda istənilən səviyyədə çıxış edə bilmədi. Geridə qalan dövrdə öncə Avropa Liqasında uğursuz çıxışla yadda qalan “Qəbələ” çempionatda keçirdiyi 13 oyundan yalnız 4-də qələbə qazana bilib. 5 dəfə heç-heçəyə razılaşan bölgə təmsilçisi 4 oyunda da məğlubiyyətlə üzləşib. Bu nəticələrdən sonra komanda hazırda 14 xalla 7-ci pillədə qərarlaşıb. Düzdü, “Qəbələ” bu mövsüm daha iki oyunda qələbə qazanmışdı. Lakin “Araz Naxçıvan” üzərindəki həmin qələbələr naxçıvanlıların fəaliyyətini dayandırması səbəbindən ləğv olunmuşdu. Ölkə kubokunun 1/8 final mərhələsindəki “Ağsu” ilə oyunda da “radarlar” 3:0 hesablı qələbə sayəsində növbəti tura vəsiqə əldə etmişdilər.
Artıq “Qəbələ” rəhbərliyi yeni baş məşqçi axtarışına çıxıb. Hələlik, yeni baş məşqçinin kim olacağı bilinmir. Muntyanunu müvəqqəti əvəz edəcək şəxsin adı isə məlumdu. Bu, onun köməkçilərindən biri – Sənan Qurbanovdu. Bölgə təmsilçisi Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq və komandanı sözügedən oyuna məhz gənc mütəxəssis hazırlayacaq.