- Baxış sayı: 44
- 20 Noyabr 2024 23:12
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Tədbir çərçivəsində şəhid övladlarının “Qəbələ” idman klubunun prezidenti, karate üzrə dünya və Avropa çempionu, 2-ci Vətən müharibəsi iştirakçısı Fariz Nəcəfov ilə görüşü olub. Allsport.az saytı xəbər verir ki, 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunan layihənin iştirakçıları həmin tarixdə ad gününü qeyd etmiş klub prezidentini alqışlarla qarşılayaraq təbrik ünvanlayıblar. O, duyğulu anlar yaşadığını bildirib və təşəkkürünü ifadə edib:
“Qəhrəmanların övladları qarşısında çıxış etmək çox həyəcanlı və çox şərəflidir. Sizin atalarınız hər birimizin fəxridir. Onların övladlarına xidmət etmək şərəfdir. Əminəm ki, siz böyüyəndə onlara layiq övlad, şəxsiyyət olacaqsınız. “Qəbələ” tək futbol yox, idman klubudur. Bizim digər idman növləri üzrə də bölmələrimiz var və əksəriyyəti də Bakıda yerləşir. Sizi istənilən vaxt güləş, karate, boks, taekvondo bölmələrimizdə görmək, sizə xidmət etmək bizim üçün şərəf olar”.
Ardından balacalar klub prezidentinə suallar ünvanlayaraq aldıqları cavablardan məmnun qaldıqlarını qeyd ediblər. Tədbir “Qəbələ” iİdman klubunun meydançasında baş tutan əyləncəli oyunlarla yekunlaşıb.