- Baxış sayı: 109
- 17 Dekabr 2025 14:55
- Baxış sayı: 103
- Dekabr 17, 2025
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Bakı” – “İnter” matçının 90+3-cü dəqiqəsində “İnter”in futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Simurq” – “Qarabağ” matçının 81-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Elçin İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Neftçi” – “Qəbələ” matçının 77-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Ehtiram Şahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.