- Baxış sayı: 28
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0
Mayın 19-dan 27-dək Qazaxıstanın paytaxtı Astanada qadın boksçuların dünya çempionatına start verilir. Allsport.az saytı xəbər verir ki, yarışa hazırlıqları başa vuran millimiz artıq Xəzərin o biri tayındadır. Son təlim-məşqini Ukraynanın İvano-Frankovsk şəhərində keçən komandamızın heyətində bu boksçular mübarizə aparacaqlar:
48 kq – Əzizə Abbasova,
51 kq – Anna Əlimərdanova,
57 kq – Məhsəti Həmzəyeva,
60 kq – Yana Alekseyevna,
64 kq – Ayzanat Hacıyeva,
69 kq – Məryəm Cəbrayılova,
75 kq – Elena Vstropova,
81 kq – Alina Hacıyeva,
+81 kq – Aynur Rzayeva
Qeyd edək ki, komandamız Qazaxıstanda baş məşqçi Aleksandr Denisov və məşqçilər İvan Yuşenko ilə Lətif Bağırovun rəhbərliyi aLtında çıxış edəcək.