- Baxış sayı: 39
- 06 Fevral 2026 11:56
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Gənclər və idman nazirliyi “İdman həftəsi” çərçivəsində martın 3-də “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.
Allsport.az xəbər verir ki, milli idman tibb və reabilitasiya elmi-praktiki institutunda baş tutan aksiyada gənclər və idman nazirliyinin kollektivi, idmançılar, məşqçilər, tələbələr iştirak ediblər. Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib.