“Qarabağ” yeni əmsalda gerilədi

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası dünya klublarının yeni reytinqini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, siyahıda 300 komanda yer alıb. Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” var.

“Köhlən atlar” əvvəlki siyahıya müqayisədə, 2 pillə geriləyib. Hesabında 137 xal olan Qurban Qurbanovun komandası 85-cidir. “Qarabağ”ın konfrans liqasının pley-offunda rəqibi “Gent” (Belçika) isə 140 xalla 84-cüdür.

Sıralamaya 305 xalla “Flamenqo” (Braziliya) liderlik edir. 297 xalla “Liverpul” (İngiltərə) 2-ci, 294 xalla “Palmeyras” (Braziliya) 3-cüdür.

Həmin kateqoriyadan