- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 66
- Noyabr 25, 2024
- 0
Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının ali idarəetmə orqanı olan elmi şuranın növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, videokonfransda 2-ci Vətən müharibəsində qazanılmış möhtəşəm və tarixi qələbə münasibətilə xalqımıza təbrik ünvanlanıb. Məhz noyabrın 8-də Azərbaycanın qədim şəhəri, mədəniyyət beşiyi olan Şuşanın mənfur düşmənin işğalından azad olunması xəbəri, həmin gün 90 illik yubileyini qeyd edən AzDBTİA-nın professor-müəllim, inzibati və tələbə heyəti üçün xüsusilə əlamətdar olub.
Müraciətdə böyük qürur hissi ilə vurğulanıb ki, 1-ci Qarabağ müharibəsində olduğu kimi, bu savaşda da akademiyanın 70-dən çox tələbə və məzunu rəşadətlə vuruşub. Onların arasında Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanlar və qazilər də var. Vətən müharibəsində yaralanmış əsgərlərimizə şəfa, şəhidlərimizə isə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik. Onlar daim bizim qəlbimizdə yaşayacaqlar.
Eyni zamanda, azad olunmuş Qarabağ torpaqlarında, o cümlədən qədim Şuşa şəhərində idmanın bütün sahələrini əhatə edəcək yeni təhsil klasterinin yaradılmasına AzDBTİA-nın kollektivinin hazır olduğu bildirilib.