ŞOK
“Qarabağ”ın isveçrəli qolçusu gözlənilmədən komandadan ayrıldı!

Anasının səhhətindəki problem səbəbindən ötən həftə təcili İsveçrəyə gedən “Qarabağ”n hücumçusu İnnosent Emeqara komandanın düşərgəsinə qayıtmayacaq. Allsport.az qol.az saytına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Qurban Qurbanov məlumat verib.

Mütəxəssis Emeqaranın ailəsindəki problemlər səbəbindən komandadan ayrıldığını bildirib: “Emeqaranın ailəsində həqiqətən ciddi problemlər var. Onun özü ilə danışmışıq. Böyük ehtimalla, artıq komandaya qayıtmayacaq”.

Qeyd edək ki, bir müddət əvvəl “Qarabağ”a transfer olunan Emeqara Premyer Liqada və kubokda 9 oyun keçirib və 6 qol vurub. O, əvvəllər İsveçrənin “Süriх”, “Vintertur”, “Qrashopper”, Fransanın “Loryan”, İtaliyanın “Syena” və “Livorno” klublarında çıхış edib, İsveçrə millisində 9 oyun keçirib.

Həmin kateqoriyadan