- Baxış sayı: 38
- 05 Dekabr 2025 22:10
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

“Qarabağ”ın yarımmüdafiəçisi Markos Madera İspaniyada xeyriyyə matçında iştirak edib. Allsport.az saytı xəbər verir ki, 33 yaşlı futolçu doğulduğu Asturiya bölgəsində mərhum futbolçu Enrike de Kastro Qonsales Kininin xatirəsinə futzal görüşündə meydana çıxıb.
Görüşdə “Real Ovyedo” və “Sportinq” klublarının keçmiş üzvləri oynayıblar. Adı ilk çəkilən klubun yetirməsi olan Miçel karyerası ərzində “Xetafe”, “Birmingem”, AEK və “Makkabi” (Hayfa, İsrail) klublarında çıxış edib. 2015-ci ilin yayında “Qarabağ”a keçib.