- Baxış sayı: 34
- 24 Dekabr 2024 19:31
- Baxış sayı: 165
- Dekabr 18, 2024
- 0
“Yenidən Azərbaycana qayıtdığım üçün çox xoşbəxtəm. Buranı özüm üçün 2-ci ev sayıram. Azərbaycanı sevirəm. Paris-2024 olimpiadasının sonunadək müqaviləyə imza atmışam. Bura qayıdışımın əsas səbəbi, Rio-2016-dan sonra verdiyim sözü yerinə yetirməkdir. Məqsədim, ölkə boksunda yeni tarix yazmaq, Paris-2024-də Azərbaycan adına ilk qızıl medalı yığmaya qazandırmaqdır”.
Allsport.az saytı xəbər verir ki, bunu kişi boksçulardan ibarət millinin yeni baş məşqçisi Pedro Roke deyib. Kubalı mütəxəssis, yığmamızın sükanı arxasına keçməsinə belə münasibət bildirib: “ABŞ-da yaşasam belə milli üzvlərinin görüşlərini həmişə diqqətdə saxlamışam, izləmişəm.
Avropa və dünya çempionatlarında, Olimpiadada da döyüşlərinə baxmışam. Yaxşı boksçular var və onları daha da inkişaf etdirmək, titul qazandırmaq üçün var gücümlə çalışacağam. İnanıram ki, iştirak edəcəyimiz turnirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq”.