Qazaxıstanlı boksçu Məhəmmədrəsul Məcidovdan çəkinir

Qazaxıstanın boks millisinin Rio-2016-da əsas medal ümidindən biri İvan Dıçkodur (+91 kq). Allsport.az saytı xəbər verir ki, ən agır çəkili rinq ustası ölkə mətbuatına açıqlamasında bildirib ki, “dördillik”də hədəfi yenə medal qazanmaqdır: “Rio oyunlarında var qüvvəmi ortaya qoyacağam. Yaxşı məşq keçmişəm. Dünyanın ən güclü boksçusu Vladimir Kliçko ilə birgə hazırlaşmışam. “.

26 yaşlı boksçu London-2012-nin bürünc mükafatçısıdır. Qeyd edək ki, onun öz çəkisində əsas oppotentindən biri Məhəmmədrəsul Məcidovdur. İdmançımız onu 2013-cü ildə Almatıda keçirilən dünya çempionatinda, finalda, 3-cü raudda öncə noqdaun, sonra nokaut edib. Halbuki ilk 2 hissədə hesabda geridə idi. Qazaxıstanlı boksçu aldığı bu zərbədən sonra bir neçə ay xəstəxanalıq olmuşdu.

məhəmmədrəsul

 

Həmin kateqoriyadan