Qış idman növləri üzrə yarışda ilk qaliblər

Azərbaycanda təşkil olunan beynəlxalq xizək alpinizmi yarışının ilk günü arxada qalıb.

Allsport.az xəbər verir ki, turnirdə 11 ölkədən 60-dək idmançı qələbə uğrunda mübarizə aparır.

Turnirin ilk günündə idmançılar sprint yürüşü üzrə güclərini sınayıblar. U-18 kateqoriyası üzrə qadınlar arasında Helena Eurenqer (Almaniya) birinci olub. Eva Sofi (Avstriya) və Süeda Sultan (Türkiyə) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında isə Morits Baureqqer (Almaniya), Babtist Carrikart (Fransa), Simon Vidmozer (Avstriya) fərqləniblər.

U-20 kateqoriyası üzrə kişilər arasında David Yost (Almaniya) birinci yerə çıxıb. Emirhan Kars (Türkiyə) yarışı ikinci, Metsi Noqeras (Fransa) üçüncü pillədə başa vurublar.

U-23 kateqoriyası üzrə qadınlar arasında Nikola Matkova (Slovakiya), Nəzrin Qəribova (Azərbaycan), Marzi Beha (İran) ilk üçlükdə qərarlaşıblar. Kişilər arasında isə Andreas Mayer (Avstriya) birinci, Yakub Siarnik (Slovakiya) ikinci, Nikola Kalistrin (Bolqarıstan) üçüncü yerə çıxıblar.

Həmin kateqoriyadan