- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Tbilisidə start götürəcək yeniyetmə boksçuların Avropa birinciliyində iştirak edəcək boksçularımızın adları açıqlanıb. Allsport.az xəbər verir ki, 9 gün davam edəcək çempionatda ölkə həm oğlanların, həm də qızların yarışında təmsil olunacaq.
Oğlanlardan ibarət komandada 11 boksçu mübarizə aparacaq. Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Vüqar Məmmədovun rəhbərliyi altında Tofiq Quliyev (46 kq), Kənan Babayev (48 kq), Ənəs Ağayev (50 kq), Mahir Süleymanov (52 kq), Məhəmmədəli Qasımzadə (54 kq), Nadir Məlikov (57 kq), Fuad Babayev (60 kq), Fərhad Şeydayev (63 kq), Ziya Həsənov (66 kq), Lətif Həsənov (70 kq) və Eldar Əsədli (+80 kq) qüvvəsini sınayacaq.
Qızların yarışında isə yığma baş məşqçi Elbrus Rzayevin deyil, böyük məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında gücünü yoxlayacaq. Çempionatda Lilya Platova (54 kq), Emili Rzayeva (63 kq) və Ayna Rüstəmova (66 kq) iştirak edəcək. Boksçular artıq Tbilisiyə yollanıb. Yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) iştirakı gözlənilir.
Avropa birinciliyinin püşkü iyulun 2-də atılacaq. Final görüşləri isə ayın 11-də baş tutacaq.