“Qızıl əlcək” Xırdalanda

Allsport.az saytı xəbər verir ki, mərkəzin açılışını bildirən qırmızı lenti Azərbaycan boks federasiyasının idarə heyətinin üzvü Rövşən Hüseynov kəsib. Dövlət himninin səsləndirilməsi ilə zal fəaliyyətə başlayıb.

Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıblar. İdman klubun yaradıcıları federasiya rəhbərliyinə boksçulara yaradılan şəraitə və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.

İlkin olaraq, burada 100-dək yeniyetmə və gənc boksun sirrlərinə yiyələnəcək. “Qızıl əlcək” İdman Klubunun filialları Bakı və Sumqayıtda da fəaliyyət göstərir.

Həmin kateqoriyadan