“Qızıl 10-luq”da yer alanlar

Mətbuat şurasının inzibati binasında “Qızıl 10-luq” idman sorğusunun qaliblərinin mükafatlandırılması olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə təşkilatın sədri Əflatun Amaşov, ” Olimpiya dünyası ” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev və “Olimpsport ” jurnalının baş redaktoru Ramin Allahverdiyev iştirak ediblər.

Fəxri qonaqlar arasında idman ictimaiyyətinin tanınmış nümayəndələrindən 3-qat dünya və 3-qat Avropa çempionu Hacı Əliyev, 3-qat Avropa çempionu, yığma komandanın kapitanı Cəbrayıl Həsənov, “Neftçi ” klubunun veteran futbolçusu Nazim Süleymanovla Vəli Qasımov, Bakı Dövlət Universitetinin hüquq elmləri doktoru Mayis Əliyev, “Xəzər” TV-nin jurnalisti Sənan Abdullayev və digər nüfuzlu şəxslər də yer alıblar.

Çıxışlardan sonra mətbuat Şurası, “Olimpiya dünyası” qəzeti və “Olimpsport ” jurnalının birgə təşkilatçılığı ilə 2019-cu ilin “Qızıl 10-luq” idman sorğusunun nəticələri açıqlanıb:

  1. “İlin futbol adamı” – Avropa liqası finalının səfiri, “Real Betis” klubunun və millinin veteran futbolçusu Vəli Qasımov
  2. “İlin idmançısı” – Tokio olimpiadasına vəsiqə qazanmış atlet Nazim Babayev
  3. “İlin məşqçisi” – qadın güləş millimizin baş məşqçisi Aslan Ağayev
  4. “İlin hakimi” – beynəlxalq dərəcəli güləş hakimi Sədi Quliyev
    5.“İlin idman jurnalisti” – “CBC SPORT” kanalının baş redaktoru Şəmsəddin Abbasov
    6.“İlin pəhləvan güləşçisi” – Kəmər güləşi üzrə 2019-cu ilin dünya çempionu Tural Əliyev
    7.“İlin gənclər və idman təbliğatçısı” – Tovuz gənclər evi
    8.“İlin mətbuat katibi” – Gənclər və idman nazirliyinin mətbuat xidmətinin katibi Səmayə Məmmədova
    9.“İlin idman mütəxəssisi – Güləş federasiyasının vitse-prezidenti Elçin Cəfərov
    10.”İlin idman cəmiyyəti” – Daxili işlər nazirliyinin idman cəmiyyəti

Həmin kateqoriyadan