“Qızıl medal da qazana bilərdim”

Fransanın Limoj şəhərində təşkil edilən Dünya paraüzgüçülük seriyasının ikinci günü Azərbaycan yığması üçün uğurlu olub.

Allsport.az xəbər verir ki, paraüzgüçümüz Əli Vəliyev gümüş medal qazanıb. Bu barədə o, açıqlama verib:

“Bu, mənim beynəlxalq yarışlarda ilk medalım idi. Qızıl medal da qazana bilərdim. Çox az bir fərq var idi. Növbəti yarışlarda qızıl medal qazanmağa çalışacağam. Mənim üçün uğurlu yarış oldu. 50 və 100 metr məsafədə sərbəst üsulda şəxsi rekodumu yenilədim”.

Həmin kateqoriyadan