- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk Azərbaycan klubunda əvvəlki komandası – “Çernomorets”dəki qədər qazanacaq. Allsport.az xəbər verir ki, belə bir iddia ilə Ukrayna mətbuatı çıxış edib.
Ukraynalı həmkarlarımız iddia edir ki, “Çernomorets” və “Qəbələ”dəki qazancı arasında ciddi fərq olmayacağını Qriqorçukun özü də təsdiqləyib. Məhz əvvəlki iş yerindəki qazancı ilə müqayisələr apardıqda isə onun Azərbaycan klubunda ilyarım ərzində 500 min avro qazanacağı müəyyənləşib. Qriqorçuk ayına təxminən 34 min dollar qazanacaq.