- Baxış sayı: 44
- 20 Noyabr 2024 23:12
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Gənclər və idman nazirliyi, Qərbi Azərbaycan icması, Heydər Əliyev fondunun “Regional inkişaf” ictimai birliyi, “ASAN könüllüləri” təşkilatı və “Bir könüllü” tələbələrin əməkdaşlığı ictimai birliyinin təşkilatçılığı ilə Quba rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib.
Allsport.az xəbər verir ki, Quba rayon Heydər Əliyev mərkəzində baş tutan açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatı, Qərbi Azərbaycan icmasının nəzarət təftiş komissiyasının sədr müavini və Gənclər birliyinin üzvü Şahin İsmayılov, Heydər Əliyev fondunun şöbə müdiri Cəmil Əliyev, “ASAN könüllüləri” təşkilatının sədri Anar Musaev və “Bir könüllü” Tələbələrin əməkdaşlığı ictimai birliyinin sədri Leyla Zeynalova çıxış ediblər.
Düşərgə çərçivəsində mövzu üzrə panel müzakirələr, İrəvan mətbəxi ilə tanışlıq master-klasları, liderlik təlimi, intellektual oyunlar və qrup işləri, həmçinin Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən fotosərgi və film nümayiş olunub.