- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Ukrayna idmanında böyük itki baş verib. Allsport.az xəbər verir ki, qadınlar arasında boks çempionu Amina Bulax faciəvi şəkildə vəfat edib. 18 yaşlı xanım aptekdən evə qayıdanda qulaqcıqlarla mahnıya qulaq asdığı üçün yolu keçən qatarın səsini eşitməyib. Saniyələr sonra qatar idmançının üstündən keçib.
Bulax sentyabr ayında gənclər arasında Avropa çempionatında bürünc medala sahib olmuşdu. Onun gələcəkdə böyük idmançı olacağı gözlənilirdi.