- Baxış sayı: 26
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 206
- Fevral 04, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Bakı” – “Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində “Bakı”nın futbolçusu Rəvan Kərimov idmançıya yaraşmayan hərəkətə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Bakı”nın futbolçusu Azad Kərimov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.