- Baxış sayı: 64
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0
Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov yubiley oyununu keçirib. Allsport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb.
Bu əlamətdar hadisə Topaz Premyer Liqasının 17-ci turuna təsadüf edib. “Xəzər Lənkəran”la səfər oyunu Rəşad üçün 250-ci olub. 2000/01 mövsümündə debüt edən müdafiəçi 3 klubda keçirdiyi 14 mövsümdə 250 matça 14 qol vurub.
Qeyd edək ki, Sadıqov Azərbaycan çempionatlarında 250 və daha çox oyun keçirən 42-ci futbolçudur.
| mövsüm | klub | oyun | qol |
| 2000/01 | Turan (Tovuz) | 9 | |
| 2001/02 | Neftçi (Bakı) | 24 | |
| 2003/04 | Neftçi (Bakı) | 16 | 1 |
| 2004/05 | Neftçi (Bakı) | 32 | |
| 2005/06 | Neftçi (Bakı) | 13 | |
| 2006/07 | Neftçi (Bakı) | 12 | 2 |
| 2007/08 | Neftçi (Bakı) | 19 | 5 |
| 2008/09 | Neftçi (Bakı) | 9 | |
| 2009/10 | Qarabağ (Ağdam) | 20 | 1 |
| 2010/11 | Qarabağ (Ağdam) | 14 | |
| 2011/12 | Qarabağ (Ağdam) | 27 | 2 |
| 2012/13 | Qarabağ (Ağdam) | 25 | 3 |
| 2013/14 | Qarabağ (Ağdam) | 25 | |
| 2014/15 | Qarabağ (Ağdam) | 5 | |
| Cəmi | 250 | 14 | |
| Turan (Tovuz) | 9 | ||
| Neftçi (Bakı) | 125 | 8 | |
| Qarabağ (Ağdam) | 116 | 6 |