- Baxış sayı: 39
- 26 Noyabr 2024 13:55
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Martın 28-də Polşanın Qdansk şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 11-ci turu çərçivəsində “Baku Fires” “Rafako Hussars Poland” klubu ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, Polşa komandası 11 xalla qrupda 7-ci yeri tutur.
Komandaların heyətləri artıq məlumdur:
“Rafako Hussars Poland” – “Baku Fires”
49 kq. David Yaqodinski – Rəsul Saliyev
56 kq. Solvestr Kozlovski – Məhəmməd Qurbanov
64 kq. Damian Kivior – Heybətulla Hacəliyev
75 kq. Tomaş Yablonski – Jaba Xositaşvili
91 kq. Rain Karlson – Abdulqadir Abdullayev
Komandamızın heyətində fərdi reytinqdə mövqeyini xal hesablarını artırmaq üçün Qurbanov, Hacəliyev və Abdullayev üçün bu qarşılaşma böyük əhəmiyyət kəsb edir. Cari mövsümdə 2 görüşdə məğlub olan Kozlovskini üstələmək reytinqdə 1-ci olan Qurbanova çətinlik yaratmamalıdır. Hacəliyev də Kivioru məğlub edə biləcək gücdədir. Polşa komandasının heyətində cari mövsümdə 91 kq çəki dərəcəsində Rain Karlson debüt edəcək. Fərdi reyrinqdə 4-cü yeri tutan Abdullayev üçün bu qarşılaşma çətin olmamalıdır. “Rafako Hussars Poland” komandasında yalnız 75 kq çəki dərəcəsində Tomaş Yablonski fərdi reytinqin lideridir.
Bu həftə B qrupunda “Caciques Venezuela” doğma divarlar arasında “Puerto Rico Hurricanes”komandasını qəbul edəcək. “İtalia Thunder” Milanda “Argentina Condors”la qarşılaşacaq. “Astana Arlans” isə USA “Knockouts”un qonağı olacaq.
Turnir cədvəli
1. “Astana Arlans” – 30 xal, (döyüşlərin nəticələri 41-9)
2. Baku Fires – 20, (32-18)
3. USA “Knockouts” – 18, (26-24)
4. İtalia Thunder” – 17, (27-22)
5. “Puerto Riko Hurricanes” – 17, (23-27)
6. “Venezuela Cacquez” – 14, (20-30)
7. “Rafako Hussars Poland” – 11, (19- 31)
8. “Argentina Condors” – 3, (11-38)
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.