- Baxış sayı: 36
- 24 Noyabr 2024 13:26
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Koronavirus infeksiyasının bütün dünyada yayıldığı dönəmdə idman içtimaiyyəti, öz növbəsində humanist addımlardan geri qalmır və genişmiqyaslı xeyriyyəçilik tədbirlərinə böyük həvəslə qoşulur. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi ilk gündən qurumun bütün strukturlarında əhalinin həssas təbəqəsinə aid olan ailələrə hər cür yardım və dəstək göstərir. İki gün öncə nöbvəti, “Evda qalın, saglam olun” və “Biz birlikdə güclüyük” devizi altında yardım kampaniyası keçirilib.
2013-cü ildən ölkəmizdə fəaliyyət göstərən və əsasən əhalinin həssas təbəqələrinin nümayənələrindən olan uşaqların cəlb olunduğu Realmadrid fondunun Azərbaycan Sssial futbol məktəbinin üzvlərinə ərzaq yardımı göstərilib. Gənclər və idman nazirliyinin təşkilatçılığı və məktəbin əməkdaşlarının iştirakı ilə 80-dən çox şagird və 12 nəfərdən ibarət işçi heyətinə yardım paketləri çatdırılıb.
Realmadrid fondunun sosial futbol məktəbi gənclər və idman nazirliyi ilə 2013-cü il tarixində imzalanmış “Əməkdaşlıq müqaviləsi” çərçivəsində yaradılıb. İlk layihə uğurlu nəticə göstərdiyinə görə 2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb və məktəbin fəaliyyəti 2022-ci ilə qədər uzadılıb. Bu müddət ərzində yüzlərlə şagird futbola cəlb olunub və onlardan bəziləri hazırda peşəkar karyerasını davam etdirir.
Realmadrid Fondunun Azərbaycandakı sosial futbol məktəbi MDB məkanında birinci, Avropada 8-ci olaraq yaradılıb.