“Red Bull araba yarışı” hansı komanda qazandı?

Heydər Əliyev mərkəzinin qarşısında “Red Bull araba yarışı” keçirildi.

Allsport.az saytı xəbər verir ki, 300 metr uzunluğunda qurulan zolaqda 21 komanda öz layihələndirdiyi və istehsal etdiyi araba ilə yarışıb. Nəticədə, münsiflərdən ən çox bal toplayan “21 Pilots” komandası oldu. “Matador”“Jack Daniels” müvafiq olaraq 2-3-cü yerləri tutdular.

“Red Bull Soapbox Race” ilk dəfə 2000-ci ildə Belçikada təşkil olunub. O vaxtdan bəri, yarış dünya üzrə 100-dən çox ölkəyə yayılaraq, onminlərlə izləyici cəlb edib. Azərbaycanda bu yarış 2-ci dəfə keçirilirdi.

Həmin kateqoriyadan