- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

Qadın boksçu Alexandra Oliveras 47 yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, argentinalı idmançı insultdan dünyasını dəyişib.
Oliveras peşəkar karyerası ərzində rinqdən 33 qələbə, 3 məğlubiyyət və 2 heç-heçə ilə ayrılıb. O, 6 çəki dərəcəsi ümumdünya boks şurası, ümumdünya boks assosiasiyası və ümumdünya boks təşkilatının çempion kəmərlərini qazanıb.
Oliverasın adı 2013-cü ildə 4 dünya kəməri əldə etdiyi, 2017-ci ildə isə 5-ci kəmərini qazanaraq, şəxsi rekordunu yenilədiyi üçün Ginnesin rekordlar kitabına salınıb.