- Baxış sayı: 35
- 17 Dekabr 2024 12:15
- Baxış sayı: 71
- Dekabr 17, 2024
- 0
İBA-nın texniki komitəsinin sabiq sədri Reymond Silvas Azərbaycana səfərə gəlib.
Allsport.az xəbər verir ki, amerikalı mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçilərinə və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.
Məşğələdə yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımı təlimatlar verilib.
Təlimdə Azərbaycan boks federasiyasının baş katibi Nağı Səfərov da iştirak edib.
Reymond Silvas dekabrın 15-20-də kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.