- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Boks millimiz Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan ordusuna növbəti dəfə dəstək nümayiş etdiriblər. Allsport.az saytı xəbər verir ki, Türkiyənin Kastamonu şəhərində təlim-məşqdə rinq ustalarımız hər bir vətəndaşımızın ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini və düşmənə tezliklə qalib gələcəyimizi deyiblər.
Boksçularımız dağlıq Qarabağda baş verən hadisələrdə Azərbaycana dəstək olan türkiyəli qardaşlarımıza minnətdarlıq ediblər. Bildirilib ki, rinqdə qazanılacaq hər bir qələbə Azərbaycan əsgərinə həsr olunacaq. Sonra millimiz qardaş ölkənin yığması ilə birgə “Qarabağ Azərbaycandır” şüarını səsləndirib.