- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Öncədən nəsə demək istəmirəm. İdmanda proqnoz vermək dini baxımından düzgün qiymətləndirilmir. Amma əminəm ki, boksçularımız WSB liqasından Rio Olimpiadasına lisenziya qazanacaqlar». Allsport.az saytının məlumatına görə, bu açıqlamanı «Baku Fires»in baş meneceri Rizvan Gənciyev verdi. Onun sözünə görə, ötən mövsüm komandamız Ümumdünya Boks Seriyasında dünya çempionu adını qazanmağa çox yaxın idi:
«Keçən rəqabətdə həlledici anda fürsəti qaçırdıq. Amma ruhdan düşməmişik. Builki hədəfimizdə eynidir. Düzdür, cari mövsümə yaxşı başlamadıq. Ancan sonradan toparlana bildik. Hər bir boksçumuzun arzusu olimpiya oyunlarında iştirak etməkdir. Onlar bunun üçün 4 il zəhmət çəkirlər. Bu üzdən, uşaqları başa düşürəm: vaxtından əvvəl Rio-2016-ya lisenziya almaq istəyirlər.
Amma məqsədə yetişmək elə də asan deyil. Cari mövsümdə ağır qrafik var. Boksçularımız hər 2 həftədən bir döyüşürlər. Bir yandan da, onlara yazığım gəlir. Sonra necə bərpa olunacaqlar? Allaha min şükür, federasiya bizə hər bir şəraiti yaradıb. Son dövrdə bizə bir masajçı təhkim olunub. Rusiyadan tibb mütəxəssiləri dəvət edilib. Siz özünüz də gördünüz ki, uşaqlar 5 raundun hamısında yaxşı nəfəs alırlar, yorulmurlar. Nəticədən asılı olmayaraq, sonadək mübarizə aparırlar. Bu, təbii, müsbət amildir».