- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“İnter”in məşqçisi Roman Cəfərov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyunun çətin keçəcəyini bilirdik. Hazırlıq üçün vaxtımız az idi. Buna baxmayaraq, futbolçular yaxşı oynadılar. Fasilə zamanı baş məşqçi müəyyən dəyişiklik etdi. İkinci hissədə daha çox hərəkət etdik və qol vurub heç-heçəyə nail olduq. Bu oyunda Elvin Məmmədov qırmızı vərəqə aldı. Epizoda uzaq idim. Təkrara baxdıqdan sonra konkret bir söz demək olar”.