- Baxış sayı: 39
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşləri keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının daha 4 idmançısı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.
Milli üzvlərindən Zidan Hümbətov (54 kq) Roman Spakla (Moldova) qarşılaşıb. O, rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. Hümbətov yarımfinalda Daniel Turcanla (Moldova) qüvvəsini sınayacaq.
Sübhan Babayev (57 kq) Vasileios Vasileidası (Yunanıstan) mübarizədən kənarlaşdırıb. O, 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanıb. Sübhan növbəti döyüşündə Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.
Mircəlal Mirağayev (80 kq) Alexandru Şurtdan (Rumıniya) üstün olub. Gənc boksçu görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Mirağayev finala gedən yolda George Balanla (Rumıniya) münasibətinə aydınlıq gətirəcək.
Məhəmməd Cəfərov (+92 kq) da turnirə qələbə ilə başlayıb. O, ilk raundda Razvan Çiforu (Rumıniya) tam üstünlüklə məğlub edib. Məhəmməd növbəti görüşündə ukraynalı Volodimir Derkaçla gücünü yoxlayacaq.
Yarımfinala yüksələn boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər.
“Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.