- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0
Sabah Rusiyanın Beloyarsk şəhərinin idman sarayında neft ölkələrinin Sibirdə neft yataqlarını kəşf etmiş məşhur azərbaycanlı Fərman Salamnovun xatirəsinə həsr olunmuş 12-ci dünya kuboku uğrunda mübarizəyə start veriləcək.
«Allsport.az» yarışın təşkilatçılarının rəsmi saytına istinadən xəbər verir ki, yarışlara 18 avropa və Asiya ölkəsinin 120-dək idmançısı qoşulacaq. Yuqra Boks Federasiyasının icraçı direktoru Ramiz Hadıyev turnirdə Rusiya seçmə komandası ilə yanaşı, yerli idmançılar da ayrıca komanda ilə iştirak edəcəklər. Turnirdə mübarizəyə 1/8 finaldan start veriləcək və bazar günü keçiriləcək final görüşləri ilə yekunlaşdırılacaq.
Son məlumatlara görə, turnirə əhalənin marağı kifayət qədər yüksəkdir və dünəndən açılış və bağlanış mərasimləri üçün biletlər satılıb qurtarıb.