Ruslan Qədirov: Hədəfim qitə çempionu olmaqdır

22 yaşadək boksçular;n təlim-məşqinin son mərhələsini keçir. Allsport.az saytı xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində Avropa çempionatına Bakı boks mərkəzində hazırlaşan millimiz, artıq fiziki məşqləri azaldıb, bərpaedici çalışmalara başlayıb.

Ustalar arasında Azərbaycan çempionatının son qalibi, aşağı yaş qruplarında 5 dəfə ölkənin ən güclüsü adını qazanan Ruslan Qədirov (54 kq), sözü gedən yarışda onu yalnız qızıl medal qane edəcəyini vurğulayıb:

“Federasiya tərəfindən hər bir şərait yaradılıb. Qidalanmaqla və qalmaqla bağlı hər şey normaldır. Gündə 2 dəfə məşqimizi edirik. Yarışlara az qaldığından fiziki çalışmalar azalıb, məşqlər bir az yüngülləşib. Əsasən sürətli işləmələrə üstünlük veririk.

Həmçinin çəkilərimizə diqqət edirik. Özümü yaxşı hiss edirəm və yaxşı formadayam. Hədəfim çempion olmaq, ölkəmizə medalla qayıtmaqdır. Qazanacağım uğuru isə böyük yarışlarda – dünya çempionatında, olimpiya oyunlarında davam etdirmək istəyirəm”.

Həmin kateqoriyadan