- Baxış sayı: 51
- 05 Fevral 2026 11:58
- Baxış sayı: 103
- Fevral 06, 2026
- 0
Çex Respublikası prezidenti Petr Pavel ölkəsində keçirilən dünya çempionatında Rusiya yığmasının iştirak etməməsindən danışıb.
Allsport.az xəbər verir ki, bu barədə o, “İsport”a açıqlama verib:
“Mən burada rusların orada olub-olmaması ilə bağlı sualları müzakirə etmək və əlbəttə ki, siyasətdən danışmaq istəmirəm. Amma yəqin ki, hamınız xatırlayırsınız, əvvəlki Praqa-2015 çempionatı, Kanada ilə finalda özlərini necə apardılar.
Düşünürəm ki, onların bu çempionatda olmamaları məhz oradakı davranışlarına görə düzgün idi. Bunun siyasətlə heç bir əlaqəsi yoxdur, amma onların davranışları açıq-aydın idmandan kənar idi. Dünya çempionatında bunun mütləq yeri yoxdur”.