- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ”nin məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qələbə qazanmaq istəyirdik. Məncə, komandamız “Qarabağ”la oyunda yorulmuşdu. “Sumqayıt”la oyunda planımız tez qol vurmaq idi. Təəssüf ki, bunu bacarmadıq. Bütün bunları nəzərə alıb, 1 xal qazandığımızı deməliyəm. Rəqibin təzyiq göstərəcəyini, mübarizə aparacağını bilirdik. Belə də oldu. Penalti epizodu ilə bağlı konkret danışa bilməyəcəyəm. Bunun üçün epizoda baxmaq lazımdır”.