- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0
“Rəqibimiz səviyyəlidir. İkimiz də eyni xala malikik. Bu üzdən sabah keçiriləcək görüşdə hansı komandanın qalib gələcəyi barədə ehtimal yürütmək çətindir”. Allsport.az saytı xəbər verir ki, bunu Quba Olimpiya Kompleksində təşkil olunmuş mətbuat konfransında “Puerto Riko Hurricanes” klubunun baş meneceri Oskar Rodriges dedi.
Qonaq bildirdi ki, onlar uzun yol gəliblər. Buna rəğmən, məqsəd Azərbaycandan qələbə ilə ayrılmaqdır: “29 saat yol qət etdik. Puerto Riko – Nyu-York – Moskva – Bakı relsi ilə Qubaya gəldik.
Bu, həyatımda ən uzun səfərdir. Bütün çətinliyi baxmayaraq, məqsədimiz qrupda yüksək yerləri tutmaqdır. Üstəlik, indiki vəziyyətdə 1-2 boksçumuz Rio Olimpiadasına lisenziya qazanmağa yaxındır”.