- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Sabah ABŞ-ın Florida ştatında Hollivudda peşəkar boks axşamında Məhəmmədrəsul Məcidov (3-0, 3 KO) növbəti döyüşə çıxacaq. Allsport.az saytı xəbər verir ki, 34 yaşlı azərbaycanlı super ağır çəkidə rusiyalı Andrey Fedosov (31-3.25 KO) ilə qarşılaşacaq.
Görüş “Hard Rok” mehmanxanasında bizim vaxtla 23:00-00:00 aralığında keçiriləcək.
Həvəskar boksda olimpiya mükafatçısı və 3-qat dünya çempionumuzun meneceri Ziya Əliyevdir (aşağı şəkildə solda). Azərbaycan peşəkar boks federasiyasinin vitse-prezidenti “Matchroom Boxing” promouter şirkəti ilə əməkdaşlıq edir.
