- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Boksçulardan ibarət millimiz cari mövsümün hazırlığına başlayıblar. Həmişə olduğu kimi, bu dəfə də hədəf böyükdür. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi rinq ustalarımızın da məsuliyyətini birə-beş artırıb. Yığma komandamızın üzvü Şaban Şahpələngov (60 kq) həmin iddialılar sırasındadır. Gənclərin dünya çempionu allsport.az saytına verdiyi müsahibədə qarşıdakı planlarını açıqlayıb və əsas hədəfinin nədən ibarət olduğuna aydınlıq gətirib.
– Yanvarın 8-də ölkə çempionatı başlayacaq. Bu yarışda qalib gəlmək istəyirəm. Qələbə məni nüfuzlu beynəlxalq arenalarda mübarizə aparmaq imkanı verəcək.
– Paytaxtımızda keçiriləcək Avropa Oyunlarının proqramına boks da daxildir. Nə düşünürsən, öz çəkində daxili rəqabətdə birinci ola biləcəksənmi?
– Bunun üçün çox səy göstərəcəyəm. Cari mövsümdə qarşıma çox ciddi məqsəd qoymuşam. Bunlara yetişmək üçün yalnız çempion olmalıyam!
– Milli komandada kimləri özünə əsas rəqib sayırsan?
– İmam Əli deyib ki, heç kimi nə zəif gör, nə güclü. Mənə görə kollektivdə hamısı ciddi rəqiblərdir.
– Yeniyetmələrin ilk Olmpiya Oyunlarında bayraqdar olmuşdun. Böyük etimad göstərildiyi halda, gözlənilmədən Sinqapurda çıxışın uğurlu alınmadı. Elə bil, dünya çempionu olandan sonra, sənə göz dəydi. Yəqin, Rio Olimpiadasına vəsiqə qazanmaqla bütün olanların əvəzini vermək istəyəcəksən.
– Qardaş, arzu və istək çoxdur. Hazırlaşacağam. İnşallah, Allah arzularımıza çatdırar.