- Baxış sayı: 61
- 23 Oktyabr 2024 12:35
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov və baş katibi Kamal Məmmədov “Sabis” beynəlxalq məktəbininin müəllim və şagirdləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, qarşı tərəfdən təhsil ocağının direktoru Todd Flanaqan da iştirak edib. Məktəbin akt zalında baş tutan görüşdə ilk çıxış edən Kamal Məmmədov öz timsalında paralimpiyaçıların həyat hekayəsi haqqında söz açıb.
Kamal Məmmədov əlilliyin dərki mövzusunda şagirdlərə söz açıb. O qeyd edib ki, əlil arabasına oturandan bəri çox çətinliklərlə üzləşib. Zəngin iş təcrübəsi və biliyinə baxmayaraq, iş tapmaqda çətinlik çəkib. Amma özünü idman sahəsində sınadıqdan sonra uğurlar qazanmağa başlayıb. Yalnız paralimpiya hərəkatına qoşulduqdan sonra həyatında müsbət dəyişikliklər üzə çıxıb. Onun sözlərinə görə, idman əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması üçün idman ən uğurlu vasitədir.
Sonra çıxış edən MPK prezidenti İlqar Rəhimov əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması sahəsində idmanın rolundan söz açıb. O qeyd edib ki, Azərbaycan kiçik ölkə olsa da, bizim 7 paralimpiya çempionumuz var. Onlardan ikisi ikiqat paralimpiya çempionudur.
“Bu cür göstəricilər dünyanın bir çox ölkələrində yoxdur. Sözsüz ki, 7 paralimpiya çempionuna malik olmaq Azərbaycan üçün uğurlu göstəricidir” – deyə o əlavə edib.
İlqar Rəhimov “Sabis” beynəlxalq məktəbininin direktoru Todd Flanaqana Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş medal hədiyyə edib.
Todd Flanaqan öz növbəsidə Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədova məktəbi ziyarət etdikləri üçün minnətdarlığını bildirib.