“Sağlam həyat” Novruz şənliyində

Martın 18-də Bakı şəhər icra hakimiyyəti paytaxtın Nərimanov rayonu ərazisində, yeni istifadəyə verilmiş parkda əyləncəli Novruz şənliyi keçirib.

Allsport.az xəbər verir ki, tədbirdə gənclər və idman nazirliyinin təşkilatçılığı ilə alpinizm, ağırlıqqaldırma, basketbol, badminton, boks, cüdo, bədii gimnastika, güləş, kapoeyra, karate, kanoe və avarçəkmə, qılıncoynatma, zorxana, mas-reslinq, milli güləş, şahmat, taekvondo, velosiped idman növləri üzrə nümunəvi çıxışlar nümayiş olunub. Şənlikdə səyyar “Sağlam həyat” layihəsi təşkil olunub. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər. Bununla yanaşı, iştirakçılar nazirlik tərəfindən təşkil edilən yoqa təlimində də fəal iştirak edərək mütəxəssislərin rəhbərliyi ilə yoqa hərəkətlərini yerinə yetiriblər.

Həmin kateqoriyadan

azenrutr