Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbin şagirdləri ilə görüş

“Sumqayıt” futbol klubu və “Azərikimya” İB-nin təşəbbüsü, “Kapital Bank” ASC və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə Sumqayıt şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbin şagirdləri ilə görüş olub.

Allsport.az saytı xəbər verir ki, toplantıda “Azərikimya” İB-nin baş direktoru və “Sumqayıt” FK-nın müşahidə şurasının sədri Elnur Məmmədli, “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, baş məşqçi Vaqif Cavadov, komanda üzvləri, “Kapital Bank” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə eksperti İlyas Cəfərli və klubun digər əməkdaşları iştirak ediblər.

Görüşdə məktəbin şagirdləri tərəfindən hazırlanmış çıxışlar təqdim olunub, onlarla maraqlı söhbətlər aparılıb. Şagirdlər komandamızın futbolçuları ilə fotolar çəkdirib, daha sonra isə onlara hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan